



Vyetnama getmək üçün səbəblər çoxdur…
Vyetnam, Cənub-Şərqi Asiyanın ürəyində yerləşən və təbii gözəllikləri ilə diqqət çəkən bir ölkədir. Zəngin tarixi və mədəni irsi ilə hər il milyonlarla səyahətçini özünə cəlb edir. Əgər unikal bir səyahət planlayırsınızsa, Vyetnam mütləq sizin siyahınızda olmalıdır. Gəlin, bu ölkəyə getmək üçün olan səbəblərə daha yaxından baxaq:
1. Səyahətçilər üçün çeşidli turlar
Vyetnam, fərqli maraqlara və büdcələrə uyğun müxtəlif daxili tur paketləri təklif edir. İstər ailə ilə tətil, istər dostlarla macəralarla dolu səfər, istərsə də romantik bal ayı turu – hər biri üçün istədiyinizi burada tapa bilərsiniz. Ən yaxşı Vyetnam turları arasında Ha Long Bay körfəzində kruiz, Hanoyun qədim məhəllələrində ekskursiyalar və ya Sapanın yaşıl tarlalarında trekking xüsusi yer tutur.
2. Zəngin mədəniyyət və tarix
Buranın tarixi məkanları və mədəni irsi səyahətçilərin ən çox maraqlandığı məqamlardandır. UNESCO-nun Dünya İrs Siyahısına daxil olan Hoi An şəhəri, həmçinin “My Son” məbədi, ölkənin tarixi dərinliyini əks etdirir. Bu məkanlar Vyetnamın zəngin mədəniyyətini hiss etmək üçün mütləq görülməli yerlərdəndir.
3. Möcüzəvi təbiət
Təbiəti insanı valeh edir. Ha Long Bay körfəzinin zümrüd rəngli suları, Phong Nha mağaralarının sirləri və Sapanın təbiət mənzərələri dünyadakı cənnəti əks etdirir. Vyetnam turları sizi bu yerlərin hər biri ilə tanış edə bilər. Təbiət həvəskarları üçün trekking, velosiped yürüşləri və ya sadəcə təbiət mənzərələrindən zövq almaq üçün mükəmməl imkanlar var.
4. Dad həvəskarları üçün ideal mətbəx
Mətbəxi ölkənin mədəniyyətini əks etdirən ən yaxşı nümunələrdən biridir. Pho şorbası, Goi Cuon və Bánh mì kimi məşhur yeməklər dünyanın hər yerindən fərqli mətbəx sevənlərin diqqətini çəkir. Bu səyahətinizdə hər yemək sizin üçün yeni bir macəraya çevriləcək.
5. Sərfəli qiymətlər
Vyetnam yalnız gözəl məkanları və yeməkləri ilə deyil, həm də sərfəli qiymətləri ilə tanınır. Ucuz tur paketləri ilə istər büdcəli, istər lüks seçimlərdən faydalana bilərsiniz. Xüsusilə Ha Long Bay körfəzi və Hanoy kimi məkanlar sərfəli qiymətlərlə yüksək keyfiyyət təqdim edir.
Əlavə məlumat: viza və uçuşlar
Azərbaycan vətəndaşları turizm məqsədi ilə səfər etdikdə, bu ölkənin turist vizasına müraciət etməlidir. Vyetnamın Miqrasiya Departamenti saytında onlayn formada elektron vizaya müraciət olunmalıdır. Viza rüsumu tək giriş üçün 25 USD; multi giriş üçün isə 50 USD təşkil edir. Vizanın aktiv olma müddəti 90 günə qədərdir və 5 iş günü ərzində verilir.
Azərbaycandan birbaşa uçuş olmadığından qiymət/komfort/zaman baxımından ən uyğun reyslər Qatar Airways (Doha üzəri) və Turkish Airlines (İstanbul üzəri) hesab edilir. Ölkəyə təyyarə ilə giriş-çıxış üçün Ho Chi Minh və paytaxt Hanoi şəhəri ən uyğun istiqamətlərdir. Ümumi uçuş müddəti təxminən 12-14 saatdır.
Vyetnama səyahət edərkən rahat və problemsiz bir təcrübə üçün bu məlumatlardan yararla bilər və səyahətinizin planlamasını tam əmin şəkildə bizə həvalə edə bilərsiz!