Skip to content

İSTİQAMƏTLƏR

vyetnam, hanoi

Vyetnam

Vyetnam “mədəniyyət şoku” sözünün mənasını sizə hiss etdirən ölkələrdən olacaq.

Tayland

Tayland

Tayland barədə tez-tez “Land of smiles” deyildiyini yəqin ki, eşitmisiniz. Bu, heç də ona görə deyil ki, burada çətənə bitkisinin istifadəsi leqaldır. Bu ölkədə gəzəndə insanların sizə baxıb gülümsəməyi, sizdə də qarşılıqlı olaraq eyni reaksiyanı yaradır. Bu isə bütün gününüzün pozitiv keçməyinin zəmanətidir.

İndoneziya, bali

İndoneziya

Şərqdən qərbə 5000 kilometr uzanan İndoneziya 17.000-dən çox adanı özündə birləşdirir. Ən əsası, bu ölkə mədəni müxtəlifliyi və dünyanın top turizm istiqaməti sayılan Bali adası ilə çox məşhurdur.

Malayzia

Malayzia

Malayziyaya səyahət etdikdə sanki eyni anda bir neçə ölkəni ziyarət etmiş olursunuz. Ərəb, hind, çin mədəniyyətlərinin qarışığı bu ölkənin müxtəlifliyini hiss etdirir.

Sinqapur

Sinqapur

Sinqapur Asiyanın ürəyində müasir və dinamik bir şəhər-dövlətdir. Marina Bay, Sentosa Adası və Chinatown kimi üç əsas məkan sizi unudulmaz təcrübələrlə dolu bir səyahətə dəvət edir.

Kamboca

Kamboca

Kamboca, Cənub-Şərqi Asiya bölgəsində ən az inkişaf etmiş ölkələrindən biridir. Ancaq yenə də Kambocaya səyahət edən turistlərin sayı getdikcə artır. Kambocanın şöhrət qazanmasının bir çox səbəbi var. Bunlardan ən məşhuru kxmerlər tərəfindən inşa edilən, xarabalığa bənzəyən Anqkor Vat məbədidir. Əgər Kambocaya səyahət planlaşdırırsınızsa, onda sizə deyə bilərəm ki, Kambocada, gəzdikdən sonra böyük bir zövq duyacağınız bir çox məşhur və cəlbedici turizm məkanı və ziyarət ediləcək yerlər var.